Dildarə müştaq oldu can, anın camalın arzular
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necəCanım susamışdır, ləbin abi-zülalın arzular.
Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini,Gər gözlərin gerçəkləyin anın xəyalın arzular.
Çərxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər,Neçün ki, üzün bədrivü qaşın hilalın arzular.
Aşiqlərin azarına gör kim necə bel bağlamış,Şol bivəfa aşiqlərin neçün vəbalın arzular.
Çin nafəsindən bezdi can, ənbərdən usandı könül,Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular.
Yarəb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim,Gördükcə anın üzünü, günəş zəvalın arzular.
Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müştaqə kim,Şol ruhi-qüdsün məntiqi şirin məqalın arzular.
Maqta — the closing couplet bearing the poet’s pen name. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən,Şol mə’nidən kim, dünyada hər şey kamalın arzular.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dildare-mustaq-oldu-can-anin-camalin-arzular
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər