“Ağzından qan iyi gəlir”Xalq deyimi

Mahnımdan “qan iyi” gəlmirsə əgər,Bu söz yarışında qələbə çalıb,Bu söz döyüşündə ölmürsə əgər;Hər şerim əsgər tək qurban getməyə,Daşqalaq edilib şəhid olmağaHazır deyilsə;Kəsin bu nəğməni, kəsin yarıda,Deməli haqqım yox kəlmə kəsməyə!Bu torpaq üstündə üzü ağlıqlaƏli ürəyində rahat gəzməyə!

Sığallı sözlərdən ətim ürpəşir,Bağışla, kef-damaq zamanı deyil,Üzünə yüz üzün möhrünü vuran“Bal dodaq”, “gül yanaq” zamanı deyil.

Xəncərim dəstəksiz, qılıncım qansız,Sinəm qalxan kimi, çapıq-çapıqdı.Tikanlı məftillər didib könlümü,Ən uzun mahnım var,o Ayrılıqdı!

Kişiyə bu qədər dinclik yaraşmaz,Bu dərdlər mənimsə,kef mənim deyil.Öləndə bayrağa bükülmürəmsə,Beş arşın təmiz ağ kəfənim deyil.Önümdə bu qədər uçurum varkənKimdənsə mərhəmət uma bilmərəm.Bu gözdən o gözə işıq düşmürsə,Gözümü arxayın yuma bilmərəm.

Qolunu çirməyib meydan açmayanSözlərim xanımtək ətirlənibsə,Səngərdən yayınıb, güllədən qorxubTərif kölgəsində çətirlənibsə,Ölən günlərimə yas tutmalıyam!Döyüş himni kimi doğulmadımsa,Görüş mahnımı da unutmalıyam!

Mələk cildindəsə cəllad həvəsi,Sənin gizli davan görükən deyil.Sözümdən “qan iyi” gəlsə də qorxma,O qan bağlayandı, qan tökən deyil!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets