Payız gələr, yarpaq düşər,göylər qan ağlar, qan ağlar.Günəş baxar gözüyaşlıgülər, qan ağlar, qan ağlar.

Taleyin tarix yazanıqələm çalar dərdim sanı,ürəyimin ağrısınıbilər, qan ağlar, qan ağlar.

Hicranın bir nalə başlar. –Qanad salar göydə quşlar.Durar qara-qara daşlargələr, qan ağlar, qan ağlar.

Ürək, sağalarmı yaran,səni yarın qoydu viran.Könlüm ona xoş güzaranDilər, qan ağlar, qan ağlar.

Payız da gəldi-gedərdi,il yaz əkdi, payız dərdi.Ağaclar mənnən bu dərdiBölər, qan ağlar, qan ağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets