Əziz ata, əziz ana,Göndərməyin məniGöylə yer qovuşana.Xoşbəxtliyim ordadırsayazıq olmuşam, yazıq.Bu taleyi alnıma kim yazıb? –Elə yer yoxdur,heç harda yerlə göyqovuşmur.Onların bir-biri üçüngözü uçmurOrdan baxanda bura,burdan baxanda oragöylə yer qovuşandı;hamı oranı axtaran,oranı soruşandı.Çıxardın ayağımdandəmir çarığı,Çiynimdən götürün heybəniXoşbəxtliyimdəneləməyin məni.Əziz ana, əziz ata,Mənim səadətimayağımızın altda,bu torpaqdadır.Onu qazıb çıxartmağı bacaraq, –vaxtıdır,bahar gəlib,gedək, əkək, biçək,becərək...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets