Yer üzündə böyük bazar,bazarın da başı üstəkəndir çəkir kəndirbazlar.Kəndirbazlar öz ömrünə gülənlərdi.Pul qazanıb girlənməyə gəlməyiblər,bu dünyayla zarafata gələnlərdi.Aşağıda – böyük bazar,alma var ha,vicdan var ha...Armud var ha...ümid var ha...Hər kəs əlinə keçəniçəkib tökür bu bazara.Yuxarıda kəndirbazlar keçib gedir –sağı ölüm, solu ölüm,yolu kəndir.Elə ki, biri sürüşdü –sağa düşdü,sola düşdü,Elə ki biri sürüşdü, nə fərqi var.Kəndir boğazına keçdi, nə fərqi var...Aşağıda öz işindəolacaqdır yenə bazar.Yenə, yenə yuxarıdataleyilə oynayacaqyeni-yeni kəndirbazlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets