Yaxşı ki, insanlar ölüb gedirlər,Yaxşı ki, doğulub gəlir insanlar.Dünya tək bir nəslin olsaydı əgər,Çox gödək olardı dünyada yollar.

Əzəldən qış qışdır, bahar da bahar,Zaman dairə içrə ömrə başlayıb.İnsanın ayağı altda balıqlar,Başının üstündə quşlar yaşayıb.

Üstdən hava hörür, altdan su görürTorpağı dirildib verir zamana.Bilmirsən insandır – torpağa dönür,Yoxsa ki, torpaqdır – dönür insana.

Bunu bilməyin də nə mənası var.Həyat verdiyinin hamsını alırTorpaq üstə qalan – insandan qalır.Onu da insanlar dağıtmasalar.

Keçmiş də keçmişdən təsəlli alıb,Zaman dövr eyləyir, uzanır yollar.Gələcək həmişə işıqlı olubYaxşı ki, dünyanın gələcəyi var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland