Eşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.Bütün bu dünyanın gözəllikləriSənin eşqin ilə dünyaya gəldi.

Güllərin rəngiylə gülür çöl, çəmən,Elə bil dağlar da o dağlar deyil.

Mən səni sevəndən, səni sevəndənDönüb nəğmə olub dəniz elə bil.

Mən səni sevəndən, səni sevəndənQəlbimdə sevincim aşıb daşıbdır.Üzlərdən çəkilib qəzəb, duman, çən,Adamlar hamısı yaxşılaşıbdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love