Dağların dağ dərdi var –Qar altında üşüyər,Gün altında yanarlar.Danışmaq qadağandır,Üz-üzə dayanarlar.Sakitcə boylanarlarDağlar sərhəd boyunca,Gözlərində bulaqlarAğlar sərhəd boyunca.

İki cərgə düzülübSərhəd boyu təpələr,Təpələr dağ övladı –Allı-güllü körpələr.Dayanıblar döş-döşəDanışmaq olar desənTəpələr qışqıracaq:“Bənövşə, bəndə düşə,Bizdən sizə kim düşə”.Təpələr dağa baxır,Dağların dağ dərdi var –Sakitcə boylanırlarDağlar sərhəd boyunca.Gözlərində bulaqlarAğlar sərhəd boyunca.

Dünyanın işinə bax,Dərdli babalarımıAldı, apardı torpaq,Bu dərdə yer dözmədi,

Şişdi, şişdi oldu dağ,Qorxuram dərdimizləBu dünyanı partladaq,Nə qədər ki, boylanırDağlar sərhəd boyunca.Gözlərində bulaqlarAğlar sərhəd boyunca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets