Səni gətirmişəm dilə,Oxu, mələ, zarı, inlə,Nə eləyirsənsə eləBarı kökdən düşmə, könül.

Mənzil yaxın, vaxtım azdı,Dörd günümdən biri yazdı.Ürəyim bir sözlü sazdı,Barı kökdən düşmə, könül.

Namərd başı ucalmasın,Səni naşı əl çalmasın,Sözüm yarımçıq qalmasınBarı kökdən düşmə, könül.

Sən yoldan dönən deyilsən,Uçmusan, enən deyilsən,Bir də köklənən deyilsən,Barı kökdən düşmə, könül.

Alıb səndə çaldım dərdi,Çaldıqca dərdim əridi,Sənsiz ömür-gün hədərdi,Barı kökdən düşmə könül.

Ruhu olmayanlar qanmazKönül çalınar, çalınmaz,Dillən başı bəlalı saz,Barı kökdən düşmə, könül.

Ürəyim aşıq Qəribdi,Gül əkibdi, qəm dəribdi,Aşiqlər hamısı qəribdi,Barı kökdən düşmə, könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets