Soruşma nə üçün sevirəm səniSən də möcüzəsən, mən də möcüzə.Niyə eyni vaxtda dünyaya gəldik?Bu boyda dünyada gəldik üz-üzə?

Hər addım başında min möcüzə var.Möcüzə küləkdi, oddur, bulaqdır.

Kiçik bir budaq da hoqqa çıxardır,Yarpağı yaşıldı, çiçəyi ağdı.

Sükut səssizlikdən yaranır, ancaqSükutun səsindən qulağım batır.Hər şeydə, hər yanda min möcüzə var,Daşda, qayada da möcüzə yatır.

Hardandır gecədə işıqlı yuxu?Zülmət yer altında işıqlı sular?Ölüm ayağında həyata ümid?Zindanın küncündə gözəl arzular?

Min-min səyyarəni yaşatmaq üçünGünəşə nə gəlib alışıb yanır.Kiçik bir daş atsan havada durmazBəs bu yer kürəsi necə dayanır?

Mavi göz aləmi mavi görməyir,Ala göz də ala, qara göz qara.Bir vaxt mən ölsəm də, bu ölüm deyilTəslim olmağımdı bu suallara.

Soruşma nə üçün sevirəm səniSən də möcüzəsən, mən də möcüzə.Niyə eyni vaxtda dünyaya gəldik?Bu boyda dünyada gəldik üz-üzə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death