Heç ağlıma gəlməyib
Sənə şirin söz demək,Üzümə xoş baxmasan.Səndən küsmək, inciməkHeç ağlıma gəlməyib.
Gülüm, səni izləmək,Səni izlədiyimiDostlarımdan gizləməkHeç ağlıma gəlməyib.
Gözlərin nə gözəlmiş,Boy-buxunun elə bilArzulardan düzəlmiş –Heç ağlıma gəlməyib.
Qonşum nazlı yar imiş,Hələ tay-tuşlarımdanRəqibim də var imiş –Heç ağlıma gəlməyib.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-hec-aglima-gelmeyib
Use ← → keys to move, R for a random poem