Qaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.İri ala gözlərindən od yağa-yağa,Elə bil ki, gendən durub özünə baxır.

Bir baxışla kimi desən salar min dərdə,Daşı öpsə, çiçək açar daşın üzündə.Görənlər də yazıq olur, görməyənlər də,Bir dənizin tufanı var ala gözündə.

Hardan düşüb yol yanına bu nadir inci,Yerdən çıxıb, göydən düşüb, dalğa gətirib?Ay gözəllik allahının bircə sevinci,Necə olub Allah səni burda itirib?

Qaraçı qız, qaraçı qız, bu necə sirdiSəni gördüm qaraçıya döndüm özüm də.Odlar yurdu bir oğlunu bu gün itirdiBir qaraçı artırmısan bu yer üzündə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love