Ağlama
Ağlama, sən ağlasan Pünhan da ağlar, ağlama,Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.
Sanma qəm qəddim əyər, qəmdən ola qəddim əyər,Haqq olan dünya qəmin çiynində saxlar ağlama.
Qəlbinə həkk söylədin hər kəlməmi nəqqaş kimi,Od tutub indən belə yansa varağlar ağlama.
Qovdular bağbanı bağdan, düşdü bağ yad əllərə,Gəlməsə bağban, gül açmaz təşnə bağlar ağlama.
Haqqı hifz etməkçün Allah tutdu üstün hicrəti,Harda olsan bil səni qəlbim sorağlar ağlama.
Haqq nahaqdan ayrılan gün ruh da göylərdən qopar,Yerdə öz cismin tapar haqdır o çağlar ağlama.
Bir zaman haqq yerdə imiş sonra qalxmış göylərə,Bir də ensə aşiqiynən əhd bağlar ağlama.
Çox fəqirin qəm çırağı Pünhanın qəlbindədir,Ağlasan qorxum odur sönsün çırağlar ağlama.
25 oktyabr, 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-aglama
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə ildir sinədə Şişəli dağ gəzdiririk,Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.
Eşşəyi MəmmədhəsəninSən gələn gündən ölüb eşşəyi Məmmədhəsənin,Qalmayıb sən demə heç bir şeyi Məmmədhəsənin.
Tərpəndi, ya tərpənmədi?Titrəyib yer tərpənəndə bilmirəm insanların,Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?
Bu əcəldir, susginən!Bir xəta söz bir fəlakətçün təməldir susginən,Hər fəlakət çox həlakətçün əməldir susginən.