Biz qovulduqca qaçıb mərddən dönən namərdlərik,Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.

Keçmərik düşmən qoyan sərhəddi bir addım belə,Amma sərhədlər içində xeyli bisərhədlərik.

Biz xüsusi işlərin hazır olan qurbanıyıq,Biz ümumi dərdi çəkməkçün xüsusi fərdlərik.

Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.

Biz həkimlərçün, müəllimlər üçün "şirvan"larıq,Leyk şofer tayfasıyçün bir maşın "məmməd"lərik.

Biz əsir qızlarımız varkən yeyib-içməkdəyik,Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.

Sən bizə millət deyib, Pünhan, bizi xar eyləmə,Milli aslanlarmız üçün, yağlı milli ətlərik.

15 fevral, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland