Mən bilirəm çəkdiyin çar həmən çardır,Yorma özün boş yerə kar həmən kardır.

Onda da sancıb məni, indi də sancır məni,Qarə ya da ağ ola mar həmən mardır.

Gün kimi aşkar olan qeyrətimiz, Sabira,Qüvvədədir indi də ar həmən ardır.

Başladıq Şahnaz ilə, sən demə heyratıdır,Döndü Rəhab Cəngiyə tar həmən tardır.

İyirmi yanvar qarı indi də başımdadır,Nisbəti yaşımdadır qar həmən qardır.

Naqqı deyil kilkidir, kilki onun ilkidir,Yetmiş il əvvəlkidir, çar həmən çardır.

Bizdə yalan kolları rəngli çiçəklər açır,Gör neçə ildir, Baba, bar həmən bardır.

4 iyul, 1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets