Adamın yaxşısı yaxşı, pisi pisdən bilinir,Necə ki, düz cavabın qiyməti testdən bilinir.

Qarabağ dərdi üzüb milləti naziltdi tamam,Elə naziltdi ki, lap altımız üstdən bilinir.

Xocalı dərdinə biganə olan bir kişinin,Xoş olan qeyrəti də seçdiyi Mis dən bilinir.

Ürəyin gizlədib amma göbəyin üstün açan,Hər qızın tərbiyəsi aldığı dərsdən bilinir.

İşinin xatirinə hörmətinin saxtalığı,Kabinetdə yanına qoyduğu büstdən bilinir.

Pozğun əxlaqı bizə "Qərb" klipnən yeridir,Bu kanallarda gedən mahnı seksdən bilinir.

Aşikarlıq o deyil ki, soyunub lüttənəsən,Lüt olan haqdır o qulpdan, ANS-dən bilinir.

18 may, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland