Qırqovul
Qırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,Camalına gözüm düşdü,İstədim onu səsləyim,Qaçma, səni gəl, bəsləyim.
Qırqovulum halal heyvan,Boynu, başı, döşü əlvan,Dağda, daşda gəzmə çəndan,İstədim onu səsləyim,Qaçma, səni gəl, bəsləyim.
Qırqovulum cüt-cüt gəzər,Dağı, düzü hüsnü bəzər,Yerdə səkər, göydə süzər,İstədim onu bəsləyim,Qaçma, səni gəl, bəsləyim.
Kitabxana.az · https://kitabxana.az/en/works/resid-efendiyev-qirqovul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Ey saqi, dolana-dolana
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
AyırmaSənə qurban olum, fələk,Dağları qardan ayırma!
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.