Qoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

Satıb bicə vaqonnan, tutub gici paqonnan,Bölübdü pay atonnan, o yana qismət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

Qurum qədim qurumdu, axıb gedən durumdu,Dil üstə dil xorumdu, avam cəmaət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

Asılmışam tacımdan, nigaranam hacımdan,Əcəm ölür acından, əlacı rəhmət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

Hayan buyan, bu yandı, bu yandı, həm o yandı,Əgərçi yanbayandı, gərəkdir ülfət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

Hamam hamam içində, xəlbir saman içində,Dəvə dəlləklik etsin, bu xalqa xidmət olsun.

Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.

6 oktyabr 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets