Ata nəsihəti
Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,Qanın tələf oldu!Gündüz, gecə səy eyləyibən dərsə alışma,Canın tələf oldu!Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,Onlar nə tapıblar?Divanədilər malını bu yolda qoyanlar,Guya ki, yatıblar.Çoxdur zərəri adəm üçün elm oxumağın,Sən say və deyim mən:Əvvəl bu ki, məktəbdə olur təlx damağın,Ey dideyi-rövşən!Bir də gözünün nuru gedib kur olacaqsan,Canın da sağ olmaz;Rəngin saralıb axırı rəncir olacaqsan,Bağrında yağ olmaz .Axırda, tutaq, ölməyib onversətə getdin,Qurtardın özünə də;İnsaf ilə söylə, bu işi yaxşımı etdin?Bir dur bu sözündə!Sən də deyəcəksən sasalım, ya ki demoqrat,Bilməm, necə dersiz;Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,Ax, ax, a beyinsiz!Hər bir gədə bir az oxuyub adam olubdur,Zakonu bəyənməz;Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,Hamunu bəyənməz;Gahi şaha bir tənə vurar, gah vəzirə,Bax, bax, səni tarı!Gahi ocağa şəkk eləyər, gahi də pirə,Kafir olu barı.Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,Bircə usan, oğlum!Ta baxma müəllim sözünə, ta əməl etmə,Axır utan, oğlum!Çıx dağa, daşa, yol kəsibən qarətə başla,Axırda qaçaq ol;Sal bir beşatan boynuna, bu adətə başla;Həmmali-yaraq ol,Xəlqə dadanaq ol,Hər işdə sayaq ol,Var cana ziyanı,Qeyrətdən uzaq ol!..
Довольно, сын мой, зря не трать на книги столько силИ юных дней не порть!Напрасно ты и день и ночь за книгой проводил!Судьбы своей не порть!Ученым в городе у нас ну просто счета нет!Но кто из них богат?Безумцы! Тратят столько средств! На что? На сущий бред!Живут - как будто спят!Ах, сколько бед от этих школ! А ну, сынок, считай -Я перечислю их:Во-первых, истомит тебя проклятый школьный рай,О свет очей моих!Ты там ослепнешь, во-вторых, а в-третьих - пропадешь:В душе тоску тая,Ты побледнеешь, станешь ты на мертвеца похож,Зачахнет грудь твоя!Допустим, кончить курс наук отправишься потомТы в университет.Но ты по совести скажи, какая польза в том?..Что ж ты молчишь в ответ?Шуметь начнешь про сосализм, твердить, что ты домкрат, -Не знаю, как их там?Навлечь на наш народ беду бездельники хотят!Безумцы! Горе нам!Слегка подучится холоп - и он уж человек!На что ему закон?Сын пастуха иль батрака, а держится как бек!Всё отрицает он!То на министров он встает, то на царя идет!Подумай, боже мой!На знахарство и колдовство затеял он поход -Неверный он, чужой!Оставь ты замыслы свои, опомнись, школу брось!Ты с толку сбит, мой сын!К чему учителя совет? Живи с наукой врозь!Ну где твой стыд, мой сын!Закинь винтовку за плечо и действуй - ночь не ждет!Как ветер, шалым стань!Большой дорогой завладей и обирай народ,С большим кинжалом стань!Живым, не вялым стань,Во всем нахалом стань!Здоровье береги,Бесчестным малым стань!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-ata-nesiheti
Use ← → keys to move, R for a random poem
More by this author
Vəz etdiyin inandı, amma sən inanmadın!Ya liləcəb, məgər yorulub bir usanmadın?!
Viranə Şəmaxidə mənə gənc tapılmazViranə Şəmaxidə mənə gənc tapılmaz,Bir gənc bu viranədə birənc tapılmaz.
Yalançı çobanBir çoban bir gün etdi dağda haray:“Canavar var, - dedi, - gəlin, ey vay!”
SəttarxanaHali-məczubim görüb, qarə demə divanədir,Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,
Poems by other poets · Satire
Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.