Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?Ş a i r – Bığların harda qalıb? Yoxsa qoyubsan evdə?A r t i s t – Millətin nəfinə saqqal, bığı lazımdı yolam!Ş a i r – Bığa bax, saqqala bax, ay bərəkallah belə baş?A r t i s t – Şerə bax, şairə bax, başına düşsün yekə daş.Ş a i r – Bu sifətlə özün insan sanır, a başına kül!..A r t i s t – Yazdığından necəyəm: pis deyiləm ki!.. Di çəkil.Ş a i r – Millətin boynuna minnət də qoyur tülkü sifət.A r t i s t – Sənə nə, sən nə deyirsən, çıxa canın uzan öl.Ş a i r – Yarım arşın saça bax, ay bərəkallah belə baş!A r t i s t – Baş deyil, lap küdüdür, üstünə düşsün yekə daş.Ş a i r – Yaxşı gəl əyri otur, düz danışaq, ay mirzə!A r t i s t – Bən ki, bir söz demirəm, sən danışırsan hərzə.Ş a i r – Hərzəgu lap babanın babasının babasıdır.A r t i s t – Çox uzaq getmə, əlindən suda verrəm ərzə.Ş a i r – Sən də donosbaz imişsən? Bərəkallah belə baş!A r t i s t – Bərəkallah başına! Üstünə də bir yekə daş.Ş a i r – Yaxşı, bir söylə görüm, millətə verdinmi səmər?A r t i s t – Bu nə sözdür? Oyun bir həftə çıxır, yoxdur nəfər.Ş a i r – Pulu bəs kimlərə çatdı o tiyatorlarının?A r t i s t – Özümə, lap özümə! Qeyrisi də vardı məgər?Ş a i r – Çox gözəl xidmət imiş, başına düşsün yekə daş.A r t i s t – Sən özün böyləmisən millət üçün, ay yekəbaş.Ş a i r – Bən də şair babayam, şeir yazıb nəşr edirəm.A r t i s t – Yaxşı, bir azca tez ol! Yoxsa işim var gedirəm.Ş a i r – Bəs dayan di, hara qaçdın? Qutarım söhbətimi.A r t i s t – Sonra, sonra gələn həftə, bu qızı bən görürəm.Ş a i r – Yeri bulvar qoduğu! Bəs qız üçünmüş bu təlaş?Millətin aktyoru! Ay bərəkallah belə baş!Qız dalınca yügürür. Başına düşsün yekə daş.Hatifi-Qeybi bulardan gözləmək imdad əbəsdir.Çağırma: “Milləti-biçarə” – bəsdir!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland