Təxmis
Rayona düşdü «qrad» göylərə qalxdı şivənim,Gecə qaçdım Bakıya guya kül olmuş vətənim,Başıma yaylığı örtdüm dedim, ey xəlq, mənim,«Pənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım, budur ölsəm kəfənim».
Bakı bir şəhr ora girməmək olmaz, ey dil, ey dil,Burda alversiz ömür sürməmək olmaz, ey dil,Bakının qızlarını görməmək olmaz, ey dil,«Canı canan diləmiş verməmək olmaz, ey dil,Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim».
Şəhərə sövq olunan, qaçmaz onun sövqündən,Buna cəhd eyləsə zəncir qırılar tövqündən,O səbəbdən ölürük bir-birinin zövqündən,«Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,Nola zənbur evinə bənzəsə beytül həzənim».
Mənə tən eyləməyin ki, bu necə qeyrətdir,Tüpürüb hər şey qaçmaq özü bir cürətdir,Bakıda yurd-yuva salmaq nə böyük nemətdir,«Tövqi-zənciri-çünun daireyi-dövlətdir,Nə rəva kim, məni ondan çıxara zəfi mənim».
Bakıya qaçmışam ey dil, sümük üstündə dərim,İndi maşallalar olsun belə gəlmir kəmərim.Bircə Anjella çatışmır ona bu qəlbi verim.«Eşq sərgəştəsiyəm seyli-sirşik içrə yerim,Bir hübabəm ki, həvadən doludur pirəhənim»
Ey mənim şəhri-Bakım, cümlə azarım sənsən,Ölərəm səndən ötür, çünki bazarım sənsən,Bunu yaz tarixə, tarixdə yazarım sənsən,«Bülbül qəmzədəyəm bağü baharım sənsənDəhəni qəddi-rüxü, qönçeyi-sərvü səmənim»
O zamandan ki, yağı aldı vətən dağların,Almışam mən də o gündən Babanın bağların,Alışıb kəndim, əzizim, yana narın-narın,«Edəməm tərk, Fizuli, Bakının bulvarın,Vətənimdir, vətənimdir, vətənimdir».
17 fevral 1994. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-texmis
Use ← → keys to move, R for a random poem
More by this author
Alışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.
Zəhr dilindən bal aparSözümü salma yerə, çıxdı dilimdən al apar,Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Eşşək yerinəNeçə ildir başıma turp əkilir, lək yerinə,Dəyişib indi zamar, turpu çıxart ək yerinə,
Yoxsul üz üstündə gedirEl acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.
Poems by other poets · Homeland
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
ZirehBu bağda çiçəklər açardı,Yerinə şəhid məzarları əkilib.
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,