Eşşək yerinə
Neçə ildir başıma turp əkilir, lək yerinə,Dəyişib indi zamar, turpu çıxart ək yerinə,
Alınan borcları qaytarmağa ümmid azalıb,Bu səbəbdən, soracaqlar, bizi əmcək yerinə.
Satılan əcnəbiyə, bir də qayıtmaz geriyə,Satılıb, çünki gözəl tavusu ördək yerinə.
Pula bax, puldara bax, hökmü rəvan quldara bax,İki «şirvan»ə məni işlədir eşşək yerinə.
Paqonun ulduzu bu çiynimə «göy»dən tökülür,Basıram zindana, vallahi, cütü tək yerinə.
Gecə, barlarda o ürkək maralın «qanı» axır,Nə edərsən, de, qızın olsa o ürkək yerinə?
Qırılan bir ağaca, milli vəkil qeyzlənir,Söz güzarana gələndə, düşür əsnək yerinə.
Qoca gördüm ki, kəfən aldı təqaüd puluna,Can çıxınca, səriməkçün onu köynək yerinə.
Toxun, acdan xəbəri onda olar ki, bunu bil,Taxıla, gərçi bəsirət gözü eynək yerinə.
Ötürüb, arvadı İstanbula, dolları güdür,Keçirib darbalaqın başına, örpək yerinə.
Kimisi, öz itinə kolbasa, kotlet yedirir,Kimi cizlində jımıx çeynəyir, əppək yerinə.
Hanı, ey milli vəkil, dil-dil ötən tuti dilin.Özünü qoymaginən bir belə pəltək yerinə.
Kiminin bardağı dopdolu, kimin nimçəsi boş,Tülkü bardağa düşübdür, hacıleylək yerinə.
Güzdəyin daşı çatınca Bakıya, mülkə dönür,Daşınan daş, oturub ağladı Güzdək yerinə.
Bu elin müəllimi kimdir, bizə məlum eləmir,Yeridir xalqa krasvordları məslək yerinə.
Ya İmam Məhdini göndər ki, zülüm həddin aşır,Ya tamam milləti qır, məhv elə, milçək yerinə.
Sözünü ciddi deyən, «ciddi rejim»nən yaşayar,Zarafatcıl Babasan, get yaşa təlxək yerinə.
21 oktyabr 1997, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-essek-yerine
Use ← → keys to move, R for a random poem
More by this author
Bu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Məşhədi İbad eşidərDağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.
ŞorTənim başdan-başa şordur, evimdə var olandan şor.Fələk görmür daha kordur, şirin rüzgar olandan şor.
«Hoş»a düzdürmüşəmBaşqanı başdan-başa düzdürmüşəm,Sanki qaranı aşa düzdürmüşəm.