Fərhad və Şirinin hamam əhvalatı
Bu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Girdi Fərhadnan Şirin həmmamə, çirkin tökməyə,Fərhadın qartmağına, Şirin çəkib dad, ağladı.
Dəsgahın şirin yerində su kəsildi, söndü qaz,Gördü Şirin, eyləmir bir kimsə imdad ağladı.
Söylədi «bak» qoymasaq, işlər olar əngəl tamam,Gördü bir bak qoymağa çatmır üç «oklad», ağladı.
Vanna xalis qupquru, əndam sulu, sabun «Duru»,Həlli yox bir düstura, hər iksi «podryad» ağladı.
Qalxdı Fərhad bir sütuna, soxdu baş fortuçkaya,Eylədi əhvalatı hər yanə «doklad», ağladı.
Çıxdı sabundan gözü, qışqırdı Şirin «vay gözüm!»Bu gözü çıxmış Şirini tutdu həmzad, ağladı.
Qətrə-qətrə su yığıb, tökdükcə Şirin başına,Vedrə-vedrə göz yaşıynan çimdi Fərhad, ağladı.
Abşeron torpağının mən duzlu bir Pünhanıyam,Çox düşüb yəqin duzum, ər küsdü, arvad ağladı.
6 fevral 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-ferhad-ve-sirinin-hamam-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
İllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.
Sınacaq çanaq başındaYenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
Kəlmədə məna yükü varNecə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.