Məşhədi İbad eşidər
Dağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.
Bizi ta qəbrə qoyunca dözərik, səbr edərik,Kişiyik, cınqırımız çıxsa onu yad eşidər.
Başına daşı salıb, başı bədəndən ayırıb,Bu da bir möcüzədir ki, demə cəllad eşidər.
Bəni-Adəm deyilik, adəməbənzər bəşərik,Bizə Adəm eləyər bizlərə irad eşidər.
Demə xainliyün haqqında içib hər yetənə,Gələcək nəslə çatar, gör onu övlad eşidər.
Söyə bilmir heç ürəkdən bu kişi ermənini,Çəkinir, saxladığı erməni arvad eşidər.
Bu toyun axırına məncə şuluqluq düşəcək,Demə meymunudu kim Məşhədi İbad eşidər.
Sözü mənaya büküb at özü, Pünhan, açılar,Açılanda kimi naşad, kimi şad eşidər.
4 iyun 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-meshedi-ibad-esider
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə ildir başıma turp əkilir, lək yerinə,Dəyişib indi zamar, turpu çıxart ək yerinə,
Yoxsul üz üstündə gedirEl acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.
Keçmişi üç nöqtə olub...Bü mücərrəd qurumun keçmişi üç nöqtə olub,Biri bir nöqtə olubsa, beşi üç nöqtə olub.
Gülsün bu yaltaq dişlərimBir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərimHəm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Poems by other poets · Homeland
Xoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Gəlin, dostlar, gəlinGəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Çəmənə demə ki, göyərməyəsənÇəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,