Gəlin, dostlar, gəlin
Gəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.Yenə də ucalır gur səsim mənim,Sönməmiş ilhamım, həvəsim mənim.Tanıyır bu ellər əzəldən məni,Çünki ayırmamış bu eldən məniNə fikrim, nə arzum, nə də sənətim;Onun arzusudur saf məhəbbətim.Qəlbimiz ayrısa, sinəmiz birdir,Mənə ilham verən bizim ellərdir.Qoy səsim yayılsın şəhərə, kəndə,Gəlsin dəmirçi də, əkin əkən də,Ayağı çarıqlı, əli çomaqlı,Uzun yapıncılı, dəri papaqlıMuzdurlar, çobanlar, de kim var gəlsin,Vətənin qədrini duyanlar gəlsin.Gəlsin qoy gözləri yolda qalanlar,Səttarxan yurduna arxalananlar.Gəlib axın-axın qoşulsun bizə,Qaynayıb qarışsın sıx cərgəmizə.Gəlin, vətən deyən cavanlar, gəlin,Gəlib siz istəyən zamanlar, gəlin,Gəl yapış ananın indi əlindən.Onun arxasında bir dağ kimi sənDayan, qoyma düşmən toxunsun ona.Onun o mehriban, ana qoynunaDünyalar sığınır görürsən bəzən.Səni o saxladı körpəliyindən.Döydü kürəyini acı küləklər,Pasibanın oldu hər axşam, səhər.Çıxartdı həyatın fırtınasından.İndi o girdabda boğulan zamanMehriban qolunu açaraq sənə,Deyir: “Dar günümdür, oğul, gəlsənə.Gəl, yad pəncələrdən gəl qurtar məni,Soydu quldur məni, hökmdar məni.Gözlərim yollarda qaldı amandır,Sönən çırağımı əlinlə yandır.Bəlkə bu zülmətdən qurtaraq biz də,Bir də qul olmayaq öz ölkəmizdə”.
Ərdəbil, 1945
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-gelin-dostlar-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SevincBu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
İçdən səslərYurdumun bağlarının gülləridir ilmələrim,Dədə Qorqud qopuzundan ucalır nəğmələrim.