Yurdumun bağlarının gülləridir ilmələrim,Dədə Qorqud qopuzundan ucalır nəğmələrim.Ulusun ovqatına qatmışam öz sovqatımı,Duru qaynaqlarımızdan süzülüb kəlmələrim.

Mən bu yurda ulu bir yük daşımaqçün gəldim,Gizlədilmiş yaralar var, qaşımaqçün gəldim.Ulular eşqinə alçaqlara dağ çəkməkçünYaşadanlarla bir anlıq yaşamaqçün gəldim.

Bəxtimin ulduzuna yerdə qovuşdurdum Ayı,Ey Rəfiq, ey Zəka, ey Xəndanın övlad harayı,Gələcək gün, görəcəklər ki sənin şerindəFars, ərəb sözləri yoxdur, üç adından savayı.

İstanbul, 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland