İnsanın qüdrəti öyrənməkdir
İnsanın qüdrəti öyrənməkdir,Diləyi, xilqəti öyrənməkdir.
Ülfəti, söhbəti öyrənməkdir,Əməli, zəhməti öyrənməkdir.
İnsanın şöhrəti öyrənməkdir,Ən böyük sərvəti öyrənməkdir!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-insanin-qudreti-oyrenmekdir
Use ← → keys to move, R for a random poem