Bir güllə yaz olmaz bu yer üzündə,Bir elə dağ çəkər bir yasaq, oğlum.Mərdimazar oğlu gözə dəyməsə,Neyləyər meyvəli bağ hasar, oğlum?!

Aslan qəhərlənər, əlbət, düşəndə...Tülkü bəyə dönər, xəlvət düşəndə,Nadanın əlinə fürsət düşəndə,Hey vurar, hey kəsər, hey asar, oğlum!

Düşmənin bal sözü dosta çor gəlir,Qürbətin günəşi gözə tor gəlir,Namərdlər görmüşəm mərdə zor gəlir,Arxalı qoduqlar qurd basar, oğlum!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets