Necə söz deyəsən qəm ərbabına,O da sənin kimi zəri görübdü.Dindirəndə haldan olar xəbərdar,Cəbrə düşüb hər əfkarı görübdü.

Dost dostuna etsə iqrar imanı,Qiyamətə gedər müddət zamanı.Könül uman yerdən kəsməz gümanı,Çün əzəldən etibarı görübdü.

Şenliyin zehnini verməyin zaya,And verirəm, o yaradan Xudaya.Bel bağlama dövrü keçən gədaya,Neçə əyyam ruzigarı görübdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets