Çəkər
Sevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.Loğman-təbib olub sağaltsa yaram,Kim bilir, müddəti neçə il çəkər!?.
Hicran alayları doymaz qanımdan,Görən ibrət alar Nuh tufanımdan.Cəllad kimi tutub gireyvanımdan*,Nə alar canımı, nə də əl çəkər.
Şenliyin fəryadı yeksan-xak kimi,Salıbdı lərzəyə qəm əflakımı.Məndə olan dərdin hicran yükünüNə kirədar daşır, nə də fil çəkər...
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-senlik-ceker
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı.Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi.
Aşıq Şenliyin Canbaz qızı rəvayətiAşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi.Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən.
AşıqAbbas:Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,
DeyilAbbas:Çox da cələllanıb çıxma qarşıma,
Poems by other poets · Separation
Qıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.
XitabNə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
Verdim o gün ki, zülfi-pərişanə könlümüVerdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.