Deyil
Abbas:Çox da cələllanıb çıxma qarşıma,Mən ümmanam, sənin eşqin çay deyil.Hiddətlənmə, tez gətirrəm imlaya,Hər mətahın cəvahirə tay deyil.
Şenlik:Hiddət ilə imtahana gəlibsən,Məğrurlanma, təkəbbürlük ey deyil.Hər şikardan mənim deyin bac umma,Bu qismətlər sən yediyin pay deyil.
Abbas:Gənə meydanımda hasım görünü,Sidqiylə çağırram eşqin pirrini,Həp bilirəm ərşin, gürşün sirrini,Xəyalım pərişan, zehnim zay deyil.
Şenlik:Ərşi mah üzündə qurubsan binə,Qorxaram yelkənin zəminə enə,Gəc baxıb qəmərə, tən etmə günə,Hökmün kəvkəb, səltənitin ay değil.
Abbas:Hardan urcah oldum qəlbi qaraya,Naşı hoyrat, nə düşübsən araya,Eylə bir eyvallah, qayıt geriyə,Aşıq Abbas hər aşığa tay deyil.
Şenlik:Xor baxma ġenlikə, tən etmə öylə,Şad gəlibsən, məhzun göndərrəm yola.Sinəm bürci-mehrab, bədənim qala,Cavabın ox, fəhmin qatı yay değil.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-senlik-deyil-abbas-senlik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli