Abbas:Siftah nədən binə qurdu dünyayı,Zaftı necə sirr üstündə əyləndi,Yeddinci zəminin ismini söylə,Rafı dəngə nə üstündə əyləndi.

Şenlik:Haqq nurundan binə qurdu dünyayı,Canlı cinli sirr üstündə əyləndi,Yeddinci zəminin ismi Əcvadır,Rafı dəngə yer üstündə əyləndi.

Abbas:Əzrayıldan sonra bilsən kim ölü,Kimin qəzəbində fəthi cəng olu,Neçə min il yoldu Sıratın yolu,Necə belə şər üstündə əyləndi.

Şenlik:Əzrayıldan sonra əcəl də ölü,Yəhya qəzəbində qəti cəng olu,Üç min illik yoldu Sıratın yolu,Yeddi damı nar üstündə əyləndi.

Abbas:Abbas da bu raha qoyubdu üzü,Nə donda yaratdı lövhi-mahfuzu,Kimdir deyər deyər, tükənməz sözü,Çəkər ahu, zar üstündə əyləndi.

Şenlik:Şenlik der: qaradır namərdin üzü,Yaxud əhmərdəndir lövhi-mahfuzu,Loğman deyər deyər, tükənməz sözü,Çəkər ahu, zar üstünə əyləndi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets