Verdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.Yalvardım əczinən ona, bəlkə xilas edə,Zənciri-zülfə bağladı divanə könlümü.Hər qədr uydum ol büti-tərsa cəmalinə,Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,Saldı o yar çahi-zənəxdanə könlümü.Etdikcə mən məhəbbət o kafər balasına,Etdi cəfayi-naz ilə viranə könlümü.Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,Təbdil edibdi laləsifət qana könlümü.Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,Saldı bəlayi-firqətə məstanə könlümü.Gülçin binəva idim, oldum müridi-şeyx,Yandırmışam mən atəşi-hicranə könlümü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love