-Küçük, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərə
önündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi,
qarmaqarışıq bir taqım qəzetlər, məcmuələr və kitablar... Divarda büyücək bir ayna, bir
taqım şairanə rəsimlər və levhələr... Lampanın ölgün ziyası odayı aydınlatır.
Odanın qapısı balkona, pəncərələr isə bağçaya açılır. Nisanın son gecəsi... Aydınlıq...
Rəuf ilə Məs’ud bağça tərəfində görünərək pəncərəyə doğru yaqlaşırlar.*

Rəuf (parmağilə pəncərəyə vuraraq). Şeyda! Şeyda!

Məs’ud. Odasında yoq, gedəlim.

Rəuf. Şeyda! Yahu, nerdəsin?

Məs’ud (boylanıb odaya baqaraq). Xayır, burda yoq... Gedəlim, sonra bir daha
gəliriz. (Gedərlər).

Mariya (odaya daxil olur, lampayı aydınlataraq). Əşrəf bəy, Əşrəf bəy! Bəri
gəlsənə!..

Əşrəf (gələrək). Nə imiş, Mariya? Şeyda buradamı?

Mariya. Xayır, kəndisi yoq... yalnız ayinəyi-həyatı olan odasını seyr edə bilirsiniz.

Əşrəf (yarımqəhqəhə ilə). Amma da oda ha, gerçəkdən pək tuhaf mənzərə!.. Hər
tərəfdə bir qırıqlıq, bir pərişanlıq, hər guşədə bir öksüzlük, bir məhzunluq yaşıyor,
həm də hər təklifdən, hər qeyddən azadə... (Pəncərədən bağçaya baqaraq.) İştə ən
laübali, ən şairanə bir həyat!..

Mariya. Ah, bilməm ki, Maks Müller şu sərsəmi bu odaya niçin gətirdi. Böylə
əsəbi qomşu hər halda insanı usandırır.

Roza. Şeyda nerdə?

Mariya. Kim bilir, yenə şimdi hanki meyxanədə qafayı dumanlatıyor.

Roza (Əşrəfə). İnan, Şeydayı görsəniz, tanıyamazsınız, mətbəədən çıqalı bəri
büsbütün dəyişmiş. (Masa üzərindəki raqı qədəhini göstərir). Həm içkiyə pək düşkün,
həm də son dərəcə sinirli və bədbin olmuş...

Mariya. Gecələr çılğın, sərsəm bir aktyor kibi həp çığırıb bağırıyor. Həyəcanlı və
qorqunc gurultular ilə kimsəyə rahət vermiyor.

Ə ş r ə f . Təbii, səbəbsiz deyil a!?

Roza (təbəssümlə). Kim bilir!

Mariya (çıqaraq). Nəmizə lazim, canım, haydı gəliniz bir qəhvə içəlim.

Əşrəf (Mariya çıqdığı kibi Rozanın əlini öpər). Roza, yenə Şeydayı seviyorsun,
deyilmi?

Roza (heyrət və təbəssümlə). Sevməkmi!? Heyhat! Bən yalnız ona acıyorum, həm
də bir zavallıya acır kibi acıyorum.

Ə ş r ə f . Ah, nə qadar mərhəmətli, nə qadar alicənabsın! (Təkrar əllərini öpməyə
başlar.)

Mariya (dışarıdan). Əşrəf bəy! Roza!

Roza. Gedəlim artıq, validəm bəkliyor.

Ə ş r ə f . Şeydayə yazılacaq bir-iki sözüm var. Sən get, bən də şimdi gəlirim.

Roza (çıqaraq). Saqın, çoq gecikmə...

Ə ş r ə f . Bu saət gəlirim. (Masa üzərindən bir parça kağız alır, lakin bir şey
yazamaz, cığarayı dumanlataraq ağır və düşüncəli adımlarla odada gəzinməyə başlar.)

Şeyda (pərişan bir qiyafətdə daxil olaraq). Vay, əfəndim! Xoş gəldiniz, səfa
gətirdiniz... (Əşrəfin əlini sıqaraq.) Nasıl oldu da birdənbirə dərvişləri yad etdiniz?

Əşrəf (heyrətlə). Dərvişmi? Vallahı bən bu dərvişliyi sultanlığa tərcih edərim.

Şeyda (acı təbəssümlə). Bəlkə!..

Ə ş r ə f . Lakin gözümə pək məhzun görünüyorsun.

Şeyda. Orasını hiç sorma.

Ə ş r ə f . Təbiətimi biliyorsun, Allah eşqinə söylə, qəlbində nə varsa həpsini aç,
söylə!

Şeyda (müztərib). Nə söyləyim, qardaşım, nə söyləyim! Tam iki aydır ki, tale,
iqbal, ümid, ümidi-istiqbal, hər şey, əvət, hər şey bəncə məhv olub bitmiş... Lakin
bunca ümidsizliklərə qarşı, yenə kəndimdə bir az mətanət, bir az müqavimət hiss
ediyordum. (Həyəcanlı.) Əfsus, əfsus ki, o da qeyb oldu. Əvət, yalnız Rozanın eşqi ilə
yaşıyordum, yalnız o qəddar afətlə təsəlli buluyordum; əfsus ki, o da bəni atdı, o da
bəni unutdu. Bir binada yaşıyorkən həftələrlə gözümə görünmüyor.

Ə ş r ə f . Xayır, Şeyda! Yanılıyorsun, çünki o son dərəcə lütfkar və mərhəmətli
bir mələkdir.

Şeyda (mə’yus). Əvət, ehtimal ki...

Roza (daxil olaraq). Aqşamlar xeyir, Şeyda, nasılsınız? (Əlini Şeydaya uzatır).

Şeyda (əl verərək). Təşəkkür edərim.

Əşrəf (Şeydaya). Bilirmisin, yarın mayısın biridir. Onunçin mürəttiblər bir səhra
gəzintisi, səhra ziyafəti yapıyorlar, bizi də misafir də’vət ediyorlar.

Roza. Nerəyə? Əcəba hanki tərəfə gediyorlar!?

Ə ş r ə f . Hanı ya, şəhərdən kənar, təpə başında mənzərəli bir bağça yoqmu ya?
iştə oraya getmək istiyorlar.

Roza. Çalğı taqımı da olacaqmı?

Ə ş r ə f . Təbii, çalğısız bir ziyafət nəyə yarar?

Roza. Nədənsə bilməm; Şərq musiqisi bənim son dərəcə xoşuma gediyor.

Ə ş r ə f . Tənəzzül buyurulsa pək məmnun oluruz.

Roza. Zatən, bən səhra gəzintisini pək sevərim, maneə çıqmazsa bərabər gedəriz.

Ə ş r ə f . Baqalım, Şeyda nə diyor?

Roza. Şübhəsiz, rədd etməz.

Ə ş r ə f . (Şeydayə). Gələcəkmisin?

Şeyda (yarı mütərəddid). Gəlirim, əfəndim.

Mariya (dışarıdan). Roza! Nə oldunuz?

Roza (qapı arqasından). Gəliyoruz, gəliyoruz. (Hər ikisinə).
Haydı, birər qəhvə içəlim.

Şeyda. Təşəkkür edərim.

Əşrəf (Şeydayə). Haydı, baqalım...

Şeyda. Azacıq rahatsızım, siz buyurun, bən də sonra gəlirim.

Əşrəf (Rozaya). Zərər yoq, biz gedəlim.

Mariya (dışarıdan). Roza!..

Roza. Gəliyoruz.

-Əşrəflə bərabər çıqar. Şeyda alnını ovuşturaraq düşüncəyə dalar.*

Məs’ud (dışarıdan). Müsaidə buyurulurmu?

Şeyda. Kim o? Gəl baqalım.

Məs’ud (birinci və ikinci mürəttiblə bərabər daxil olaraq.) Çoq şükür, nihayət bula
bildik.

Şeyda. Buyurun, əfəndilər, oturun... (İskəmlə və karyola üzərində otururlar.)

Məs’ud. Nerdəsin, yahu? Bu aqşam bir kərə kəndim, bir daha Rəufla bərabər
gəldik. Odada yoq idin...

Şeyda. Azacıq hava almaq için dışarı çıqmışdım.

Məs’ud. Yenə nə olmuş? Gözümə pək dalğın görünüyorsun.

Şeyda. Canım sıqılıyor.

Məs’ud. Fəqət niçin?

Şeyda. Hiç kəndim də bilmiyorum.

Məs’ud (yerindən qalqaraq arqadaşlarına). Haydı, gedəlim, rahatsız etmiyəlim.
Yarın bağçada uzun-uzadıya qonuşuruz.

B i r i n c i m ü r ə t t i b . Azacıq otursana, nə əcələ ediyorsun?

Şeyda. Otur, otur, baqalım nə yapıyorsunuz. Işlər nə yolda?

Məs’ud (arqadaşlarına işarətlə). Onu inqilabçılara sormalı...

B i r i n c i m ü r ə t t i b (Şeydayə). Mə’lum ya, siz Məcid əfəndiyi daha eyi
tanıyorsunuz. Bu hərif bizə göz veriyor da, işıq vermir. Birisi xəstə, ya səqət oldumu,
əsla umurunda deyil; maaşlar həp əski halda, bir quruş artdığı yoq, lakin iş, vəzifə
qucaq-qucaq... Həm də gündən-günə üstünə gəliyor da, əksilmiyor. Artıq bu rəzalət çəkilməz, bu istibdada təhəmmül
edilməz.

Şeyda. Pəki, çarə?

B i r i n c i m ü r ə t t i b . Çarəsi pək qolay... (Kəskin bir ahənglə). İşdən
çəkilmək, haqqımızı tələb etmək, iştə bu qadar!..

Şeyda. Pək gözəl... Tələbnamə yazılmışmı?

B i r i n c i m ü r ə t t i b . Əvət, baqa bilərsin... (Qoltuq cibindən böyük qit’ədə bir
kağız çıqarar).

Şeyda (alıb baqaraq). Hər halda əl birliyi, dil birliyi ən böyük şərt. Həm də son
dərəcə diqqət və ehtiyat lazımdır.

İ k i n c i m ü r ə t t i b . Əmin ol, bəyim! Həpsi öncə düşünülmüş...

Məs’ud. Fəqət şu tələblər son dərəcə ağır və kəskin... Bana qalırsa, azacıq yüngül
və mülayim yazılmalıydı.

B i r i n c i m ü r ə t t i b . Yanılıyorsun, Məs’ud, pək yanılıyorsun. Bir kərə düşün
ki, biz tələb edəcəyiz; boyun büküb yalvarmıyacağız.

Şeyda. Əvət, haqq alınır, verilməz.

Məs’ud. Lakin o güclü, biz aciz... O halda nə yapa biliriz?

Şeyda. Fir’onu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin
sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi.
Zöhhakı məhv edən Gavə yoqsul, arqasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlblə
inqilaba başladı, öylə xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. Məcid
əfəndi kimdir?...
Yalnız o deyil, hətta onu qudurtan qocaman rus çarlığı belə bu günyarın yerin
dibinə batır.

Məs’ud. Pək ə’la, nasıl istərsəniz, öylə yaparız. (Saatına baqaraq).
Getmiyəlimmi? Vaqt pək gec...

B i r i n c i m ü r ə t t i b . Əvət, artıq mane olmayalım.

Şeyda. Xayır, mane deyilsiniz... fəqət şu kağız bəndə qalsın, eyicə oqur,
düşünürüm də, yarın kəndi fikrimi söylərim.

İk i n c i m ü r ə t t i b . Daha eyi, daha eyi...

Məs’ud. Haydı, gedəlim.

B i r i n c i və i k i n c i m ü r ə t t i b . Allaha ısmarladıq...

Şeyda. İzzət və səadətlə...
-Onlar təmənna edib çıqdığı sırada Şeyda bağça tərəfə olan pəncərəyi açır. Əllərini
göksündə çapraz edərək dalğın və düşüncəli bir halda bağçaya baqar.*

Roza (gələrək). Şeyda! Niçin gəlmiyorsun? Babam səni bəkliyor.

Şeyda (həzin bir ah çəkərək cəvab verməz).

Roza. Əcəba, nə var, nə olmuş?.. Bu gecə səndə ağlar gözlü bir öksüz ruhu,
pürşikəstə bir şair iztirabı var.

Şeyda (ona yaqlaşaraq). Xayır, xayır... Olsa-olsa, bəndə ancaq sərsəri bir məcnun
qəlbi, fələkzədə bir aşiq hissi ola bilir. Fəqət o qəlbi avutacaq bir nəzəri-şəfqət istər ki,
o da yalnız sənin mə’sumanə baqışlarındır. O, hissi oqşayacaq bir şəhpəri-təsliyət istər
ki, o da yalnız sənin nurdan dökülmüş əllərindir.

Roza. Şeyda! Pək fəna hissiyyata qapılmışsın, həm də nafilə yerə üzülüyorsun.

Şeyda (Rozanın əlini yaqalar, sinirli və həyəcanlı). Əvət... Lakin bir düşün ki, sən
xırçın bir çocuq kibi şu müztərib qəlbimlə oynadın, həm də aylarca əlində atıb-tutdun,
adəta onu bir çocuq oyuncağı zənn etdin... Ah, fəqət, nihayət, nihayət birdən-birə qırıb
parçaladın, birdənbirə ayaqlar altında çignəməyə başladın.

Roza (əlini çəkərək). Salonda bəkliyorlar, şimdi gedəlim də, sonra...

Əşrəf (gəlir. Əvvəl Rozanın, sonra Şeydanın əlini sıqaraq). Müsaidənizlə, bən
gediyorum.

Roza. Niçin? Əcələ bir işinizmi var?

Ə ş r ə f . Əvət, babam uşaq göndərmiş. Bir məsələ için bəni görmək istiyormuş.

Roza. Hiç bu oldumu ya!? Həftədə bir gəlirsiniz, o da böylə...

Ə ş r ə f . İştə talesizlik, bənim için böyük talesizlik. (Şeydayə) Sağlıqla, əzizim,
yarın təkrar görüşürüz. (Təmənna edərək çıqar, Roza da kəndisini izlər).

Maks Müller (dəxi çıqar, Əşrəfə). Əşrəf bəy! Evimizi tanıdınız, şübhəsiz tez-tez
gəlirsiniz. (Şeydayə) Şeyda! Buyurun, qəhvə içəlim.

(İçəri girər).

Şeyda. Təşəkkür edərim.

Mariyanın səsi (dışarıdan). Əşrəf bəy! Yarın aqşamlayın yenə bəkləriz.

R o z a n ı n s ə s i . Saqın, unutma, gəl ha!..

Ə ş r ə f i n s ə s i . Pəki, əfəndim, pəki.

-Şeyda qapıyı qapar. “Ah” deyə qısqanc və mə’yus bir tevr ilə əli alnında olaraq iskəmləyə
oturur.*
Pərdə

Маленькая скромная комната... Справа два окна, слева дверь, в углу кровать. У окна стол и несколько стульев. На столе два-три бокала, графин с водкой, разбросанные газеты, журналы и книги... На стене большое зеркало, несколько картин. Освещает комнату слабый свет лампы. Дверь комнаты открывается на балкон, окна выходят в сад. Последняя ночь апреля... Рауф и Масуд появляются со стороны сада и приближаются к окну.

Рауф (пальцем стучит в окно). Шейда! Шейда!

Масуд. Видно, его нет дома.

Рауф. Шейда, эй, ты здесь?

Масуд (поднимаясь на цепочках, заглядывает в комнату). Нет, тут нет его. Пойдем, попозже еще раз зайдем.

(Уходят).

Мария (входит в комнату, увеличивает свет лампы). Ашраф-бей, Ашраф-бей! Подойдите-ка сюда!

Ашраф (входит). Что случилось? Мария? А где Шейда?

Мария. Его самого нет, однако вы можете ознакомиться с его комнатой, которая является зеркалом его жизни.

Ашраф (с усмешкой). Ну и комната, какая печальная картина!.. Тут в каждом углу гнездятся разочарованность, уныние, сиротство. Тут поселилось одиночество, свободное от всяких условностей и ограничений... (Через окно смотрит в сад). Самая непринужденная, самая поэтическая жизнь!

Мария. Ох, я не знаю, зачем Макс поселил здесь этого разгильдяя. Такой нервный сосед быстро надоедает.

Роза (входит). Где Шейда?

Мария. Кто знает, в каком кабаке он сейчас затуманивает себе голову.

Роза (Ашрафу). Поверьте, увидите Шейду, не узнаете, он совершенно изменился с тех пор, как ушел из типографии. (Показывает на графин, бокалы). И к выпивке сильно пристрастился, стал таким мрачным и раздражительным.

Мария. По ночам, как полоумный актер, все что-то выкрикивает бессвязно. Никому покоя не дает.

Ашраф. Конечно, все это не без причины?

Роза (с улыбкой). Кто знает!

Мария (уходя). Душа моя, какое это имеет к нам отношение. Пойдемте, выпьем по чашке кофе.

Ашраф (как только уходит Мария, целует руку Розы). Роза, ты продолжаешь любить Шейду, не так ли?

Роза (с удивленной улыбкой). Любить?! О, нет! Я его только жалею. Так, как жалеют несчастных.

Ашраф. Ах, как ты сердобольна, как великодушна! (Снова целует ей руки).

Мария (снаружи). Ашраф-бей! Роза!

Роза. Пойдем, мама ждет нас.

Ашраф. Я хочу оставить записку Шейде. Ты иди, я сейчас полойду.

Роза (уходя). Смотри, не задерживайся.

Ашраф. Сейчас подойду. (Берет со стола листок бумаги, однако, ничего не написав, принимается расхаживать по комнате, задумчиво дымя сигаретой).

Шейда (входит с унылым видом). О, мой эфенди! Добро пожаловать, рад тебя видеть! (Пожимая руку Ашрафу). Как случилось, что вспомнил вдруг о бедном дервише?

Ашраф. Бедный дервиш? Клянусь богом, подобное дервишество я предпочел бы власти султана.

Шейда (с горькой улыбкой). Может быть!

Ашраф. Однако ты мне кажешься очень грустным.

Шейда. Об этом лучше и не спрашивай!

Ашраф. Ты ведь знаешь мой характер, ради бога, раскрой мне свою душу, расскажи обо всем.

Шейда (печально). Что мне сказать, брат мой, что мне сказать? Вот уже ровно два месяца, как судьба моя, надежда, грезы о будущем - все, пожалуй, все, на мой взгляд, погибло, сошло на нет. Однако, несмотря на такую безнадежность, я еще чувствовал в себе какую-то стойкость, способность к сопротивлению. (Взволнованно). Жаль, жаль что и она исчезла. Да, я жил только любовью к Розе, находил утешение только в этой жестокой красавице, но и она бросила меня, и она забыла обо мне. Живя в одном со мной доме, неделями ухитряется не показываться мне на глаза.

Ашраф. Нет, Шейда, ты ошибаешься, ибо она любезна и милосердна, как ангел.

Шейда (грустно). Пожалуй, что так...

Роза (входя). Добрый вечер, Шейда, как вы? (Протягивает руку Шейде).

Шейда (подавая руку). Благодарю.

Ашраф (Шейде). Знаешь, что завтра Первое Мая? По этому случаю наборщики устраивают загородную прогулку, пикник, и нас приглашают в, гости.

Роза. Интересно, куда они собираются пойти?

Ашраф. На окраине города, в нагорной части, есть живописный сад. Вот туда они и договорились пойти.

Роза. И музыканты будут?

Ашраф. Разумеется, что за пир без музыки?

Роза. Не знаю отчего, но мне очень нравится восточная музыка.

Ашраф. Если вы соблаговолите присутствовать на празднике, будем беспредельно рады.

Роза. Вообще я очень люблю загородные прогулки. Если ничего не случится, отправимся все вместе.

Ашраф. Посмотрим, что скажет Шейда?

Роза. Несомненно, не откажется.

Ашраф (Шейде). Придешь?

Шейда (поколебавшись). Приду, мой эфенди.

Мария (снаружи). Роза! Где же вы?

Роза. Сейчас идем! (Обоим). Пойдем, выпьем по чашке кофе.

Шейда. Благодарю.

Ашраф. Пойдем же!

Шейда. Я немножечко нездоров, вы идите, я подойду попозже.

Ашраф (Розе). Нас ждут...

Мария (снаружи). Роза! Роза. Идем.

Выходит вместе с Ашрафом. Шейда, потирая лоб, стоит в раздумье.

Масуд (снаружи). Разрешите войти?

Шейда. Кто там, заходите.

Масуд (входя с первым и вторым наборщиками). Слава богу, наконец-то застали.

Шейда. Пожалуйста, эфенди, садитесь... (Они рассаживаются)

Масуд. Где же ты пропадаешь? Сегодня дважды за вечер я заходил, второй раз вместе с Рауфом, но тебя не было.

Шейда. Я выходил подышать воздухом.

Масуд. Что-нибудь опять случилось? Ты кажешься очень озабоченным.

Шейда. Душа томится.

Масуд. Отчего же?

Шейда. Даже сам не знаю.

Масуд (поднимаясь, своим товарищам). Тогда пойдем, не будем сейчас беспокоить. Завтра в саду обстоятельно поговорим.

Первый наборщик. Посидели бы немножко, куда ты торопишься?

Шейда. Садись, садись. Рассказывай, что у вас нового? Как идут дела?

Масуд (показывая на своих товарищей). Об этом лучше спросить у революционеров...

Первый наборщик (Шейде). Вы не хуже нас знаете Меджида-эфенди. От этого типа нам просто житья не стало. Ему никакого дела нет, если кто-нибудь из нас заболеет или покалечится. Заработки ни на грош не увеличиваются, а работы хоть отбавляй, с каждым днем все больше заказов. Мочи нет терпеть эту кабалу, этот гнет.

Шейда. И где же выход?

Первый наборщик. Выход очень прост... (Резким тоном). Отказаться от работы, отстаивать свои права, вот и все!

Шейда. Превосходно!.. А ваши требования записаны?

Первый наборщик. Да, можете посмотреть... (Вынимает из внутреннего кармана пиджака и разворачивает лист бумаги большого формата).

Шейда (просматривая его). Во, всяком случае, единство слова и дела - главные условия. И еще необходимо быть исключительно внимательными и осторожными.

Второй наборщик. Будь уверен, эфенди. Мы все хорошенько обдумали.

Масуд. Однако эти требования чрезмерны и слишком резко изложены. По мне, следовало бы написать несколько поскромней и помягче.

Первый наборщик. Заблуждаешься, Масуд, сильно заблуждаешься. Запомни раз и навсегда, что мы будем требовать, а не просить.

Шейда. Право скорей берут, чем дают.

Maсуд. Он силен, а мы слабы... Что мы сможем с ним сделать?

Шейда Муса, одолевший фараона, был всего-навсего пастухом, однако он бросился на арену с непоколебимым духом и победил. Гавэ, уничтоживший Зокхака, тоже был бедным кузнецом. Тем не менее он восстал с горящим сердцем и свергнул с престола кровопийцу-правителя. А кто такой Меджид-эфенди? Не только он, но и опора наглости его - русский царизм - не сегодня-завтра будут низвергнуты.

Масуд. Отлино. как скажете, так и поступим. (Смотрит на часы). Не пора ли нам? Время уже позднее.

Первый наборщик. Да, пожалуй, больше не будем беспокоить.

Шейда. Нет, вы меня не беспокоите... Но пусть эта бумага останется у меня. Я ее внимательно перечту, продумаю и завтра выскажу свои соображения.

Второй наборщи к... Тем лучше, тем лучше... Масуд. Ну, пошли.

Первый и второй наборщики. До свидания...

Шеида. Счастья и радости вам.

Проводив их, Шеида открывает окно в сад. Скрестив на груди руки, задумчиво и рассеянно смотрит в сад.

Роза (входит). Шейда, что же ты не идешь? Папа ждет тебя.

Шейда (не отвечая, глубоко вздыхает).

Роза. Интересно, что с тобой стряслось? Сегодня ночью в тебе чувствуется дух плачущего сироты или страдающего поэта.

Шейда (приближаясь к ней). Нет, нет... Если что-то и есть во мне, то это сердце одержимого любовью бродяги и отчаянье наказанного судьбой влюбленного. Но для утешения моего сердца нужен такой милосердно-сострадательный взгляд, каким обладаешь только ты. Это чувство может быть обласкано и утешено только твоими, вылитыми из света руками.

Роза. Шейда! Ты поддался губительному чувству и напрасно мучаешься.

Шейда (схватив руку Розы, взволнованно). Да!.. Но запомни, что ты, как капризный ребенок, играла с моим исполненным страдания сердцем, месяцами подкидывала его, как мячик, в руках, посчитала его детской игрушкой... Но, увы, наконец, ты неожиданно разорвала его на куски, бросила наземь и стала топтать ногами.

Роза (отнимая руку). Нас ждут в зале. Пойдем туда, а потом...

Ашраф (входит, пожимает руку сначала Розе, затем Шейде). С вашего разрешения, я ухожу.

Роза. Почему? Может, у вас срочная работа?

Ашраф. Да, отец послал мальчика, что он хочет видеть меня по одному вопросу.

Роза. Это не дело. Приходите раз в неделю и то вот так - мимоходом...

Ашраф. Это для меня большое несчастье. До свидания, дорогая, завтра снова увидимся. (Выходит, Роза следует за ним.)

Макс Мюллер (в дверях, Ашрафу). Ашраф-бек! Теперь вы знаете, где наш дом, несомненно, будете навещать нас почаще. (Шейде). Шейда, пожалуйста, заходи, выпьем кофе.

Шейда. Благодарю.

Голос Марии. Ашраф-бек, завтра к вечеру опять ждем.

Голос Ашрафа. Хорошо, мой эфенди, хорошо!

Шейда закрывает дверь. Со вздохом ревности, грустный, приложив руку ко лбу, садится на скамью.

Занавес.

OriginalWikisource (opens in a new tab)CC BY-SA 4.0

TranslatorПереводчик не указан, 1982azeribooks.narod.ru (opens in a new tab)

NoteПереводчик на странице не указан (по открытым источникам имя не установлено), по изданию: Перевод на русский язык. Издательство Язычы. Баку, 1982. Текст с сайта azeribooks.narod.ru (https://azeribooks.narod.ru/poezia/guseyn_djavid/sheyda.htm), набран с печатного издания и не вычитан.

Suggest a translation

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bisət

BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

19226 min
Dəvət

DƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.

192224 min
Hicrət

HİCRƏTEyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.

192225 min
Nüsrət

NÜSRƏTSəkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.

192228 min

Poems by other poets