Uyuyor
Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!Uyuyor, yari-işvəkar uyuyor.Dalğalandıqca zülfi-zərrin tar,Sarıyor pənbə hüsnü altın nur.O gözəl çöhrənin əsiri ikən,Əcaba, qısqanırmısan bəndən?!
Əsmə, bir dur! Bıraq, bıraq uyusunNevbaharın şu nazənin qızını.Ötüşən quşlar! İştə siz də susun!Susun artıq! Şu zöhrə yıldızınıSeyr edin iştiyaqü həsrət ilə,Bu gözəl levhə sonra düşməz ələ.
Bu çiçəklikdə, siz əmin olunuz,Böylə bir gül yetişməmiş əsla.Kim bilir, düşsə cənnətə yolunuz,Bulunur bəlkə böylə bir sima,Bulunur bəlkə böylə bir afət!O da şayani-şübhədir, əlbət...
Günəş! Ey xilqətin gözəl gəlini!Uyuyor iştə nazlı həmşirən!Sən də dur! Saçma bir ziyalərini,Sən də bir an için çəkil, gizlən!Bir az əylən bulutlu dünyadə,Mane olma bu tifli-nevzadə.
Bəstəri-nazi həp çiçəklərdir,Oxşayor iştə gül yanaqlarını.Yeşil otlar öpər dəqiqədə birPənbə, tombul, lətif ayaqlarını.Axışıb ən küçük sular xəndan,Ninni söylər o şux için hər an.
Uyuyor... bixəbər şu vəlvələdar,Şu səfasız,vəfasız aləmdən.Uyuyor... baq nə xoş, gülər yüzü var,Şaşırır şübhəsiz bu halı görən.Şimdi röyadə kim bilir, bu mələk,Hanki aləmdə əylənir gülərək.
Uyuyor... pək sevimli, pək məsum,Bir çocuq ruhu var şu fitrətdə.Hələ rast gəlməmiş bu taleyi-şumBöylə bir nazəninə xilqətdə.Hüsni-mütləq enərsə yer yüzünə,Qonar ancaq bunun gülər üzünə.
Uyuyor... Of! Ey bəlalı könül,Çırpınıb durma! Sən də sus artıq,Vurma, sus! İştə susdu həm bülbül.Dur, həyatım da getsə, dur azacıq,Uyuyor çünki aşinayi-xəyal,Uyuyor çünki qayeyi-amal...
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-uyuyor
Use ← → keys to move, R for a random poem
More by this author
Bağçada ətrafı yeşilliklər, güllər və çiçəklərlə süslənmiş fəvvarəli bir havuz... Kənarda çinarlar, sərvlər... oturmağa məxsus uzun sıralar... Ta uzaqlarda gözəl və şairanə mənzərələr...*Mayıs, ikindi çağı. Açıq hava...*
Dördüncü pərdəƏtrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.Türkü
Beşinci pərdəÜst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahınaqarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.*
Şeyx SənanƏŞXASŞeyx Kəbir – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani bir mürşid.
Poems by other poets · Nature and spring
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
تا به دل و جان مرا آفت جانان رسیدبس که ز جانان به من رنج دل و جان رسید
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,