Türk əsirləri
Erkək, qadın, əsgər, çocuq, ixtiyar— Əsir — deyə, minlərcə türk övladı:İssız bir adanın qoynunda sızlar,Sorulmaz dərdi, duyulmaz fəryadı.
İştə kinli bir məzarlıq ki hər günYığın-yığın insan udar da, doymaz;Sağlam vücudlar belə düşgün, ölgün,Ümidsiz bir heykəldən fərq olunmaz.
Gülümsərlər, fəqət həp gözlərindəİntiqamlı şimşəklər çaxar, durur.Çırpınırlar, solmuş bənizlərindəBir çox gizli, sönük əməllər uyur.
Yalnız soyuq, yağmur, boran, fırtınaOxşar durur bu məhzun könülləri;Üryanlıq, xəstəlik, aclıq bir yana,Susuzluqdan həp qurumuş dilləri.
Amansız qartalın vəhşi dırnağıMəsum yavruları didib parçalar.İştə ədalət! İlanlar yatağıİnsanlara məskən verilmiş qərar.
Nerdə o sərxoşlar ki həp “qardaşlıq,Birlik, bərabərlik” deyə sayıqlar.İştə bir vəhşət ki, çəkilməz artıq,Dost deyil, düşmən belə görsə ağlar.
Ey türk eli! Ey milyonlar ölkəsi!Saqın duyma nədir bu hal, bu dəhşət;Titrətməsin səni bu qardaş səsi,Korluq, sağırlıq o da bir səadət!...
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-turk-esirleri
Use ← → keys to move, R for a random poem
More by this author
Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət
QaçqınÖrtünmə, dur! Kimsən, nerəlisən sən,Gözəl qaçqın, başı bəlalı qaçqın!
QadınQadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Qəmər!Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,Vücudum atəşi-humma içində həp yanıyordu.
Poems by other poets
Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.
HəmişəQafil olma, diqqətinən fəhm eylə,Yaxşını, yamanı tanı həmişə.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.