Ulusu deyilsə şeri, ilhamı,O şair ulusa ögeydir, ey dost!Ulus şairinin, yurd şairininGözündə yurd, ulus hər şeydir, ey dost!

Şairin varlığı yurdla dolmalı,Yurddan uzaq düşsə, düşüb solmalı.Bağımsız bir ölkə bütöv olmalı,Ah, bu nə quzeydir, güneydir, ey dost?!

Ulus şairləri ulusun şanı,İnancla kükrəyər çağlayan qanı,Torpaqdan ayrılsa üzülər canı,Onların hamısı Anteydir, ey dost!

Yurddaşlar səsidir şair xitabı,Min qəlbdə çırpınar hər iztirabı,Göyləri titrədən könül rübabı,Neyləri titrədən bir neydir, ey dost!

Şairdir ulusun yalvacı bəlkə,Umuddur nurunun saldığı kölgə,Yadların əliylə bəzənən ölkəYadların əlində muzeydir, ey dost!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland