Bu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağındaNecə köpüklənirsə, çoşqun qəlbim də öyləİstərim ki, qabarsın uzun bir sevinc ilə.Bir sevinc ki, bəlirsin yağlımda-yavanımda,

Dolaşsın könül-könül Şəkimdə, Şirvanımda.Sanmayın ki, həsrətəm bu duyduğum sevincə,Bir cilvə aşinadır hər tazaya, hər gəncə.Bu cilvəyi yaratmış gəncliyin ərlikləri,

Bakının zavodları, Gəncənin fabrikləri.Bu sevinci yaratmış əmək çəkən fatmalar,Dəzgahının başında tərlər tökən fatmalar.Zəmilərdə traktor işlərkən gurhagurla

Mənim üzüm dikilir səmalara qururla.Mənim dəxi sevincim artıb içimdə qat-qatToxunmada köksümə sərin qızıl bir qanat.Siz ey bizdan uzaqda qışqırıb bağıranlar!

Paris soqaqlarında zəncirini qıranlar!Sizin düşüncənizdən iraqdır türk gəncliyi,O hər şeyi yapmada; o hər şeyi yapacaq.Türk gəncliyi olaraq ucu almaz bir bıçaq

Girməkdədir gözünə həp müsavatçıların,Qurur o günəşlərə qarşı duran bir yarın.Gəncliyin gurultusu səsinizi kəsiyor,Fikrinizin yerində qızıl yellər əsiyor.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland