Bir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?Bülbül, yolun düşərsə mənim doğduğum elə,Bu yanıq iniltimi dağlarına sal da gəl,Qəlbimə almaq üçün qadasını al da gəl.Mən gələrkən o yurdun mövsümü son bahardı,Gülşəndə gül yerinə qızıl tikanlar vardı...Durma, bülbül, bu hicran dərdli bağrımı yardı,Get, bir an olsa da, get, sinəsində qal da gəl,Könlümə salmaq üçün dərdlərini al da gəl.Durma bülbül, var da qon qarlı dağlar başına,Türkümü sal o yurdun torpağına, daşına,Al bu göz yaşını, qat o yarın göz yaşına,Dönərkən saçlarından bir-iki tel çal da gəl,Solğun dodaqlarından gizli bir söz al da gəl...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring