Durnalar
Uçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.Yorulanda olur sizə oturaqGöl kənarı yaşil çəmən, durnalar.
Qaqqıldaşın, qoy yatanlar ayılsın,Əzilənlər qalxıb adam sayılsın,Şöhrətiniz bu ellərə yayılsın,Ey baş vurub göldə çimən, durnalar.
Arzum budur kəsilsin göz yaşınız,Hər bəladan uzaq olsun başınız,Çiçəklənsin torpağınız, daşınız,Toxunmasın sizə düşmən, durnalar.
Mən özümə sizi sirdaş sanıram,Arzunuzu düşünürəm, qanıram,Halınıza od tuturam, yanıram,Dərdinizi gəl bölək tən, durnalar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-durnalar
Use ← → keys to move, R for a random poem
More by this author
Bir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
Bir el aşığının dedikləri(Qubada bir gün)*Günəş süzgün tellərini yığınca dağlar ardı,
Bir gündə ölən ekizlərAnnələrinə*Eldəgəz və Yurdavar üçün*
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.