Payız
Durna köçdü, lələk saldı,Vida nəğməsini çaldı.Yarpaqlar saraldı qaldıKöçən nəğməli quşlardan.
Bağçalarda gül üşüyür,Ağzımızda dil üşüyür,Tənha qalıb göl üşüyürSoyuq-soyuq yağışlardan.
Çöllər unudur gördüyün,Yağış yuyur, qurudur gün.Ağaclar yuyunur bu günMilyon-milyon baxışlardan.
Budaqlar baş əyib bara,Nar içi sığmayıb nara,Evə qayıdır mal-qaraEnişlərdən, yoxuşlardan.
Bir fəsilsən sən hər gündə,Payız paltarı əynində,Payız yoxsa ürəyindəGözlərində yağış hardan.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-payiz-2
Use ← → keys to move, R for a random poem
More by this author
Evim – avtobuslar, vaqonlar, təyyarələr,Kəndlər, şəhərlər, səyyarələr –
Özünüzə kömək edinVicdan – həya deməkdir.Vicdan – ürəkdə təkdi
Kamçatka vulkanlarıYandım, susuzam, istəyirəm vulkan içim mən.Şimşək kimi hərdən alışır göz bəbəyimdə
Qorxmuram və qorxuramQorxmuram ölməkdən,Qorxuram ki, mən,