Gülən xanımın çiçəkləri
Türk Dünyası Araşdırmaları vaqfının başqanıTuran Yazqana və həyat yoldaşı Gülən xanıma
Tanrının insana baxan gözləri,Sehirli ayna,Torpağın ruhu.Əllərin dilsiz cavabı,Ürəyin mərhəmət savabı.Bir evin susmaz nəğməsi,Möcüzə sərgisi.Min il sonra daRəssamların bula bilməyəcəyi rəng.Ruhla canın birliyi,Sevgi deyilən bir ahəng!..
Çiçək sanıb aldandım...Allahın bu evə lütfünüÇiçək sandım!Sən çiçək becərmirsən, bacım,Torpaqda göz bitməz!Torpaqİnsan təbəssümü göyərtməz.Üfləsən nəfəsindən uçar göylərə,Ah çəksən,Bir anda solar!Su gərəkməz bu zərifliyə,Baxışınla sulanar.Bir damla göz yaşı qatsanQayıdar sevinc yağışı kimi,Qayıdar nəvələrin baxışı kimi.Barmaqların göyəribGüldanlardan,Gözlərindi baxırNigaran, nigaran.Özün çağırmaqdan yorulandaGüllər çağırır: “Turan!”, “Turan!”
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-gulen-xanimin-cicekleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Sarbanlarda bir gözələ tuş oldum,Bənzer bir alıcı şahbazə, gəlin.
Payız çağındaPayız çağında hər səhər soyuq-soyuq külək əsər.Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,
Hər gülşəndən bir çiçəkNuhun nübüvvətin edər inkar əhli-cəhl,Gavə sitayiş etməyi ürfan hesab edər.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim