Payız çağında hər səhər soyuq-soyuq külək əsər.Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,Xəzan ayında meyvələr şüru edər savılmağa.Bazara turp, kök, kələm, soğan gələr satılmağa,Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa.Köçər o vaxt el-oba, enər tamamı qışlağa,Günüzlərin qısalması yetər bu vaxt qayətə.Gecələrin uzanması yetər o dəm nəhayətə,O vaxt şəhrü qəryənin məkatibi güşad olur.Oxumağa uşaqların həvəsləri ziyad olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring