Ey Füzuli, bu pərişan dərdi – pünhan könlümüYandırıb odlara sən, neçün belə qan eylədin?

Mən sürüb qəm karvanım gəldim ki, sən eşq əhlisən,Könlümü viran edib, sən bunca əfqan eylədin.

Gəlmişəm dərgahına, son qoy bu hicran ahıma,Tez açıb qəm süfrəni sən məni mehman eylədin.

Ey məhəbbət mülkünün sultanı, eşq peyğəmbəri,Eşq, sənət mülkünü sən gül-gülüstan eylədin.

Gəlmişəm vəslin bulum, sən vəslinə əlçatmazın,Sən məni eşq taxtı üstə şaha sultan eylədin.

Sən mənə bəxş eylədin ey pir, bu sərvət kanını,Könlümün mülkün o dəmdə çilçıraqban eylədin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation