Füzulini dinlərkən
Bir şairi biyqədir həzinəm, əgər ölsəm,Min təzkirə təhrir edəcəklər kəfənim.Füzuli
Sən aylı, ulduzlu bir asimansan,Vüsalsan, həsrətsən, eşqsən, hicransan,Dönüb bir ulduza könlümdə yansan,Hər zərrəm nurunla işıqlanmazmı?
Qoy məni yandırsın bu odlu nəfəs,Salsın öz sehrinə, bu sehrli səs!Ey dost, xilasıma çalışma əbəs,Eşqin dəryasında qərq olan azmı?
İstərəm üz sürəm mən o dərgaha,Qatam öz ahımı, o çəkən aha,Ərz edəm halımı o şahənşahaPərvanə od görsə, oda yanmazmı?
Gündüzüm həmdəmi, gecəm yoldaşı,Sən oxu, qoy axsın gözümün yaşı,Bu həsrət yolçusu, hicran sirdaşı,Ah çəksə, ahından su da yanmazmı?
Füzuli eşqilə doludur sinəm,Bu eşq zirvəsindən qoymayın enəm,Bu ilahi eşqlə elə zənginəm...Sərvət axtaranlar məni anmazmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-fuzulini-dinlerken
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Qəzəl: Zülfi-siyahın oldu bu gün hüsnünə niqabZülfi-siyahın oldu bu gün hüsnünə niqab,Axşam araya düşdü, qürub etdi afitab
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
"Şair"lərimizə nəzirəEy alnın ay, üzün günəş, ey qaşları kəman,Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.