Dedi bir tülküyə bir gün meymun:– Səndə, yoldaşcığazım, çoxdur yun,Mən görürsən ki, nə cür üryanam.Müstəhəqqi-kərəmü ehsanam.Tükün əndazədən artıq görünür,Quyruğun, gör necə, yerlə sürünür.Elə bir lütfü inayət, tülkü,İltimasimi icabət, tülkü.Saxla əvvəl sənə lazım olanı,Ver mənə sonra o artıq qalanı.Bürüyüm mən də onunla özümü,Mərhəmət eylə, qəbul et sözümü,Söylədi tülkü: – Əbəsdir bu xəyal,Məndən ol mərhəməti etmə süal.Quyruğum gərçi uzundur, a kişi,Var onun kəndinə məxsus işi.O həmişə süpürür torpağı,Mənə lazımdır onun olmağı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets