Saralan zəmilər sahil boyunca –Ana laylasıtək doğma bir nəfəs.Günəşə sərilən tənbəl ləpələrBir sünbül mehrini əvəz eləməz.

Bu Qarğaqılıncı, bu Sarıçiçək,Köhnə xatirətək uzanan cığır,Muğandan Xəzərə baş vurub sankiİndi Ağ dənizdən qarşıma çıxır.

Burda da torağay başımın üstəSəsindən asılıb – səsi tanışdı.O yalqız evlərin ruh dastanınıKövşənlər danışdı, yollar danışdı.

Dağlar sıralanıb Zəfər burnunaVadilər, yamaclar lapar-lapardı.Çoxdan unutduğum uşaqlığımıAraya bilsəydim burda tapardım.

Harda zəmi varsa – ata əlidi,Harda ruzu varsa orda ana var!Türkün əsgəridi hər sünbül burdaVətən bayrağını dalğalandırar!

Aprel, 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring