3. İstanbulun qızları
İstanbulun qızlarıSaçları qıvrım-qıvrım.Gözlərində boğuldumÜzümə baxma, yavrum.
Dərməm, çiçək deyilsən,Sınmam, külək deyilsən,Sən ki şimşək deyilsənBaşımda çaxma, yavrum.
Bu aman sazdan axır,Bu duman yazdan axır.Zaman boğazdan axır,Su olub axma, yavrum!
Soyuq nəfəs deyiləm,Özgə bir kəs deyiləm,Mən dilbilməz deyiləmSəsimdən qorxma, yavrum.
Sənsiz gülə bilmərəm,Düşüb ölə bilmərəm,Bir də gələ bilmərəm,Məni buraxma, yavrum!
Ataköy, 29.X.1990
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-3-istanbulun-qizlari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəbQılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,