Nüşabə qalasınınYarıuçuq bürcündə,Boy atıb qalınlaşanZoğallığın içindəBir uşaq oxuyurduBu dünyadan ayrılıb.Zil səsi qılınc kimiBoğazından sıyrılıb.Qalanın sükutunuQovurdu sola-sağa.Qovurdu keçmişlərə,Əsr-əsr uzağa...Nə burda min il əvvəloxunmuş havalardan,Nə torpağa qarışmışqanlardan, davalardanVardı onun xəbəri.Gözündə bu dünyanınsevinc dolu səhəri;Hələ tarix dərsinəQulaq asa bilməyir.Yəqin hərfləri dəHələ yaza bilməyir.Bəs onun səsindəki,Mahnının sözündəkiBu qədim haray nədir? –Ürəyimi göynədir.Bəs o kiçik yay nədir?Çiynindən aşırıbdır.Zoğal budaqlarındanneçə ox da qırıbdır.Əlindəki bıçaqlaucunu itiləyir.Onu hansı həvəsdio qədim döyüşlərin

yoluna itələyir?!Hansı hava dolanırbu uşağın başında?Yəqin tarixlərin dəunutduğu həqiqətçıxmır qan yaddaşından!Onun körpə qəlbindədövr eləyən al qanınhər zərrəsi tanışdır.Yəqin öz "qan dilində"uşağa gecə-gündüztarix dərsi danışır!Qəlbinin sahilinədəyib-dəyib qayıdıbbu divarın dibindəaxmış qan dənizləri.Ayağını maqnit təkçəkib aparır yəqintorpağın altındakıulu baba izləri!Məni görcək yarımçıqsaxladı o mahnını.Gördüm gözlərindəkiişıq burulğanını.Gördüm baxışı dolunağıldır, əfsanədir.Soruşdum: "oxuduğunmahnının adı nədir?"Güldü, gözü qıyıldı,Gülüşü də nəğməydi –yayıldıqca, yayıldı.Dedi: "bilmirəm, əmiTəkəm də, oxuyuram.Heç sözünü bilmirəmözümdən toxuyuram"Özündən "toxuyurdu"mahnısını o uşaq.İçəridən gələn səsona "oxu!" deyirdi,Qəhrəman bir torpaqdangələn qəhrəman həvəsAl əlinə bu yayı,Vur bu oxu deyirdi...

Bərdə, 1976

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets