Çəpər
Hərə çəpər çəkir öz bağçasınaBiri sevincinə, biri yasına.Biri dövlətinə, biri varına,Biri öz bostanı, öz gülzarına.Bir də görürsən ki, el seyrəngahı,Çevrilib birinin bağçası olur.Min illər torpaqda arxayın yatan,Xəzinəbirinin boğçası olur.Biri Buzovnanın qayalarını,Sakitcə ötürür öz balasına.Biri Qobustanı özəlləşdirir,Biri sahiblənir Qız Qalasına.
Gözü dağdan doymur, arandan doymur,Meşədən, qamışdan, şorandan doymur.Önünə nə keçir salır çəpərə,Heyvan xislətini, qul qayəsini,Özünün olmayan sərmayəsiniOlmayan abrını salır çəpərə.
Yazıq dənizimiz tor-tor bölünüb,Axır mənzilimiz gor-gor bölünüb.
Tanrıdan bir elə pay kimi gələn,Gur bulaq birinin evinə axır.Yollarda görmürsən yol kəsənləriÇaylar da birinin nəfinə axır.
Sağkən anasına baş əkməyənlərQalaça tikdirir el möhnətindən.Mərmər də qaralır haramlığına,Heykəl də qızarır xəcalətindən.
Göylər də bölünüb, şırım-şırımdıHər qarış yer üstə bir təzə ocaqİnsanın iştahı itilənəndə,Tanrının özünə yer qalmayacaq.
Fevral, 2004
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-ceper
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
شباهنگام کاین عنقای فرتوتشکم پر کرد ازین یک دانه یاقوت
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!